İdman24
Futbol · APA Sport

PSJ-də Hakimi şoku – Vəziyyəti iki gün sonra bəlli olacaq

PSJ müdafiəçisi Əşrəf Hakiminin zədəsi ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, mərakeşli futbolçu Fransa Liqa 1-in IV turunda “Brest”lə matç zamanı sağ budundan zədə alıb.

39-cu dəqiqədə əvəzlənən Hakiminin vəziyyəti yaxın iki gün ərzində klubun tibbi heyətinin nəzarətində olacaq.

Paris klubunun açıqlamasında bildirilib ki, bu müddət başa çatdıqdan sonra 27 yaşlı müdafiəçi yenidən tibbi müayinədən keçiriləcək və zədəsinin ağırlıq dərəcəsi müəyyənləşəcək.

Qeyd edək ki, PSJ Fransa çempionatında keçirdiyi 4 oyundan sonra 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Hakimi isə cari mövsümdə bütün turnirlərdə 7 matçda iştirak edib və məhsuldar ötürmə və ya qolla yadda qalmayıb.

Orijinal mənbə

İdman24 əsas səhifə