Futbol · APA Sport
"İmişli"dən növbəti transfer – Fil Dişi Sahilindən yarımmüdafiəçi

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Senin ilə müqavilə imzalayıb. 19 yaşlı futbolçu ilə "2+1" illik razılaşma əldə olunub.
Əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Senin karyerası ərzində "Abican Siti", Portuqaliyanın "Sportinq" klubunun U-19 komandası, son olaraq isə Azərbaycanın "Şimal" klubunun formasını geyinib.