Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 17° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb İKT 28 oktyabr, 2026 15:26 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Bu dəfə futbol meydanında qərarları süni intellekt verib.
"Azercell Telecom" MMC-nin dəstəyi və "AWS User Group Baku"nun təşkilatçılığı ilə keçirilən "AWS Agentic Football Cup" turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb.
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Amazon Web Services" (AWS) mütəxəssislərinin mentorluğu ilə iştirakçılar beş süni intellekt agentindən ibarət virtual futbol komandaları hazırlayıblar. Bu agentlər oyun vəziyyətini təhlil edib, ötürmə, hücum və müdafiə ilə bağlı qərarlar verib. İştirakçılar isə matçların nəticələrini təhlil edərək proqramlarını və oyun strategiyalarını təkmilləşdiriblər. Mentorlar turnir boyu komandalara texniki yanaşmaların təkmilləşdirilməsi və bulud texnologiyalarından istifadə ilə bağlı dəstək göstəriblər.
Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma olub. Futbol rəqabətini proqramlaşdırma ilə bir araya gətirən bu format iştirakçılara yazdıqları kodun nəticəsini birbaşa oyunda görmək imkanı verib. Onlar süni intellekt agentlərinin dəyişən vəziyyətlərə necə reaksiya verdiyini sınaqdan keçirib, agent əsaslı həllərin hazırlanması və AWS bulud platformasında tətbiqi üzrə praktiki təcrübə qazanıblar. Yarışın sonunda üç qalib müəyyənləşib.
Bu layihəyə dəstək verməklə "Azercell" ölkədə süni intellekt sahəsində bilik və bacarıqların inkişafını təşviq edir. Məqsəd yerli texnologiya icmasını gücləndirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafında fəal rol oynayacaq mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 17° C Son xəbərlər 17:32 Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv Xarici siyasət 17:30 Fond: İpoteka kreditinə müraciət zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək Maliyyə 17:29 Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır Energetika 17:26 Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib Xarici siyasət 17:25 AMB rəsmisi: "Maliyyə sektorunda vahid məlumat mənbəyi problemi mövcuddur" Maliyyə 17:22 Azərbaycanda dövlətdən kirayəyə mənzil götürmüş şəxs ipoteka krediti ala bilməyəcək Maliyyə 17:22 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol 17:20 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb Maliyyə 17:19 ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.