İdman24
Basketbol · APA Sport

“Sabah”dan yeni transfer - RƏSMİ

"Sabah" basketbol klubu Nik Perkinsi transfer edib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

ABŞ-dan olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

203 sm boya malik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.

Nik Perkins fiziki gücü, səbətaltı mübarizəsi və hücum potensialı ilə seçilir.

Orijinal mənbə

İdman24 əsas səhifə