AFFA "Şəfa"nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib

İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 24° C USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA "Şəfa"nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib Futbol 14 oktyabr, 2026 12:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Şəfa" klubunun aşağı yaş qruplarının üzvlərinə danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.
Bu barədə "Report" a qurumun mətbuat xidmətindən məlumat verilib.
Sessiya zamanı şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı üzləşə biləcəkləri risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçi iştirakçıların oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə təqdimatla çıxış edib.
Tədbirdə danışılmış oyunlar kontekstində futbolçu və məşqçilərin davranışlarının həssas məqamlardan biri hesab olunduğu, bu səbəbdən peşəkar davranışın daim yüksək məsuliyyət tələb etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasının etibarlılıq üçün həlledici əhəmiyyət daşıdığı vurğulanıb.
Təqdimat vasitəsilə danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı matçlarda baş verdiyi, idman mərclərinin bu prosesdəki rolu və oluna biləcək təsir üsulları izah edilib. Şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atılmalı olan addımlar, bu cür halların vaxtında və düzgün şəkildə bildirilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub.
Sosial media üzərindən edilən yaxınlaşmalar və şəxsi profillərin düzgün idarə olunmasının vacibliyi xüsusi vurğulanıb.
Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim olunub. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar verilib.
Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, futbolçu və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.906 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:08 Foto Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Xarici siyasət 14:07 Foto Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub Milli Məclis 14:05 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Xarici siyasət 13:56 Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb Xarici siyasət 13:52 Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb Digər ölkələr 13:43 Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib Xarici siyasət 13:35 Foto Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür Energetika 13:29 Azərbaycan idmançısı Maks Leleu: "Almatıda qazanılan nəticəni inkişaf bünövrəsi kimi istifadə edəcəyik" Fərdi 13:26 Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.