AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyən yeganə assosiasiya olub

İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı Bakı 20° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Prezident İlham Əliyevin Türkmənistana səfəri Zəfərə gedən yol Cüdo üzrə dünya çempionatı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia AFFA FIFA ilə bağlı islahat çağırışını dəstəkləməyib Futbol 08 oktyabr, 2026 21:25 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA FIFA-nın rəhbərliyində islahatların aparılması ilə bağlı UEFA və Avropanın digər milli assosiasiyalarının mövqeyini dəstəkləməyib.
"Report" un məlumatına görə, bu barədə UEFA-nın yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, UEFA-ya üzv 55 milli assosiasiya FIFA-nın idarəetmə sistemində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəlib. AFFA isə bu təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya olub.
Milli assosiasiyalar FIFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bildiriblər. UEFA hesab edir ki, institusional dəyişikliklərlə yanaşı, FIFA-ya yeni rəhbərliyin gəlməsi də zəruridir.
Hazırda FIFA-ya Canni İnfantino rəhbərlik edir. O, 2016-cı ildə FIFA prezidenti seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən prezident olub. FIFA prezidentinin növbəti seçkisinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. İnfantino seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, UEFA ilə FIFA arasında münasibətlər İnfantinonun irəli sürdüyü və futbolun əsas turnirlərinin kommersiya hüquqlarının özəl investorlara verilməsini nəzərdə tutan "FIFA Forward Enterprise" layihəsindən sonra daha da gərginləşib. İnfantino daha sonra layihədən imtina etsə də, UEFA FIFA rəhbərliyinə olan etimadın bərpa olunmadığını açıqlayıb.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 23:33 ABŞ İranın "kölgə donanması"na yeni sanksiyalar tətbiq edib Digər ölkələr 23:19 Britaniya ilə Almaniya müdafiə və süni intellekt sahəsində əməkdaşlıq müqaviləsini ratifikasiya edib Digər ölkələr 23:02 Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb Xarici siyasət 22:59 "Barselona" müdafiəçisi Xavi Espartla müqavilənin müddətini uzadıb Futbol 22:48 Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb Region 22:35 Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub Region 22:22 Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır - RƏY Xarici siyasət 22:15 PSJ futbolçuları Dembele və Mendeşə əlavə istirahət verib Futbol 22:07 Foto Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.