Hasil Abbasov: Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur

İlham Əliyev COP31 Bakı 12° C USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Hasil Abbasov: Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur Sosial müdafiə 18 noyabr, 2026 11:01 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur.
"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.
Onun sözlərinə görə, gələcəkdə yaranacaq peşələr daha çox emosional və yaradıcı yanaşma tələb edəcək:
"Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yox olmağa daha açıq olan iş sahələrindən biri ofis sahəsidir. Bu dəyişikliklərdən qadınların kişilərlə müqayisədə daha çox təsirlənəcəyi gözlənilir. Belə ki, ofis sahəsində çalışan xanımların 9,6%-i, kişilərin isə 5,5%-i bu dəyişikliklərə məruz qala bilər".
H.Abbasov həmçinin bildirib ki, süni intellektin hazırkı imkanları daha strateji və yaradıcı düşünmək üçün geniş imkanlar açır:
"Süni intellektin indiki halı bizim daha strateji və daha yaradıcı düşünməyimiz üçün geniş meydan açır. O, təkrarlana bilən işləri avtomatlaşdırdığına görə, artıq belə işləri ona həvalə edib özümüz daha yaradıcı, daha geniş və daha çox dəyər qatan işlər ortaya qoya bilərik. İnsan bəşəriyyətin, dünyanın, ətraf mühitin qorunmasında, sabit saxlanmasında əsas amildir".
O əlavə edib ki, Dövlət Məşğulluq Agentliyi ali təhsil müəssisələrində yeddi meyar əsasında tələbələrin əmək bazarına hazırlıq səviyyəsini yoxlayıb:
"Bu resurslarla tələbənin əmək bazarına neçə faiz hazır olduğunu yoxlamağa çalışdıq. Biz çox qeyri-adi nəticələr əldə etmişik. Məsələn, ikinci kurs tələbələrimizin əksəriyyəti əlaçıdır. Böyük bir qisminin "LinkedIn" platformasından xəbəri yoxdur. Yəni bu proses başlayanda belə bir ehtimal vermirdik. İkincisi, biz "PeşəFest" layihəsini bütün ölkə üzrə təqdim edirik və aktual olan, gələcəkdə tələb olunan peşələrin təbliğatı ilə məşğul oluruq, hər regionda hansı peşəyə daha çox maraq olacağını proqnozlaşdırırıq. Mən heç zaman düşünməzdim ki, Qazaxda dənizçilik peşəsinə xüsusi maraq olacaq. Qazaxda dəniz yoxdur. Mən bilmirdim ki, Qaxda bu sahəyə maraq olacaq".
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin Müəllif Sevil Seymur Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.868 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 11:49 Azərbaycan Çili və Meksikadan gübrə tədarükünü bərpa edib Biznes 11:46 Dövlət Komitəsi: ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil Diaspor 11:46 Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur Daxili siyasət 11:45 Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir ASK 11:43 Milli Məclis vergi və bir sıra digər qanunvericilik aktlarına dəyişiklikləri I oxunuşda qəbul edib Maliyyə 11:42 Ceyhun Bayramov: Güman edək ki, ABŞ-Çin-Rusiya liderlərinin görüşü müharibələrin həllinə töhfə verəcək Xarici siyasət 11:41 Deputat: "Fermerlərin mühasibat xərci ödəyəcəyi vergidən yüz dəfə çox ola bilər" ASK 11:41 Vadeful: Azərbaycan və Ermənistan Vaşinqton sammitindən sülh üçün tarixi fürsət kimi istifadə ediblər Digər 11:39 Azərbaycan keyfiyyətin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edib Biznes Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.