Sərxan Hüseynov: "Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi əsas hədəflərdəndir"

İlham Əliyev Zəfərə gedən yol Bakı 22° C USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Sərxan Hüseynov: "Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi əsas hədəflərdəndir" Futbol 12 oktyabr, 2026 11:18 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi, həyata keçirilən işlərin ictimaiyyətə tam aydın şəkildə çatdırılması əsas hədəflərdəndir.
"Report" xəbər verir ki, bunu AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.
S.Hüseynov son dövrlərdə bu istiqamətlər üzrə intensiv işlərin görüldüyünü diqqətə çatdırıb:
"Akademiyalara mütəmadi səfərlər etmək, ehtiyacları yerində öyrənmək və uşaq-gənc futbolu ilə bağlı qərarlarda akademiyaların rəhbərləri ilə məşqçilərin rəylərini dinləmək görülən işlərin nüvəsini təşkil edir".
O, təqdim olunan yeni layihələrin AFFA-nın daxili resursları, mütəxəssislərin bacarıq və təşəbbüsləri hesabına ərsəyə gəldiyini vurğulayıb:
"Bu işlərdə heç bir xarici şirkətin xidmətindən istifadə olunmayıb. Təşəbbüslərin ən mənalı tərəfi akademiyalarla federasiyanın birgə işləməsini təmin etməkdir. Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər. Birlikdə fəaliyyət göstərərək Azərbaycan futbolu üçün daha böyük uğurlar qazanmaq mümkündür".
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.905 TRY - 0.035 GEL - 0.656 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 12:34 Foto Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİB Xarici siyasət 12:31 Ermənistanda Xüsusi Ordu Korpusunun komandan müavini vəzifəsindən azad edilib Region 12:30 DSMF: 9 ayda pensiyalara 5,8 milyard manat vəsait yönəldilib Maliyyə 12:30 İlham Əliyev: Sovet dövründə Azərbaycanda kambocalı tələbələrin təhsil alması ənənəsini bərpa etmək lazımdır Elm və təhsil 12:28 Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur Xarici siyasət 12:20 Kallas: Aİ Rusiyaya qarşı təxminən 1600 yeni sanksiya mövqeyini təsdiqləyib - YENİLƏNİB Digər ölkələr 12:17 Azərbaycan xarici vətəndaşlara 7,3 milyon manat ƏDV qaytarıb Maliyyə 12:16 "Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 300-cü qələbəsini qazanıb Futbol 12:14 Karlovı Varı aeroportu AZAL-la birbaşa reyslərin açılmasını müzakirə edəcək - EKSKLÜZİV İnfrastruktur Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.