İdman24
Basketbol · Report İdman

Tahir Baxşıyev: "Azərbaycanın basketbol klublarından avrokuboklarda qələbə gözləyirik"

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası Bakı 25° C USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Zəfərə gedən yol UEFA Çempionlar Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Tahir Baxşıyev: "Azərbaycanın basketbol klublarından avrokuboklarda qələbə gözləyirik" Komanda 15 oktyabr, 2026 17:06 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın basketbol komandalarının avrokuboklarda qələbələri səbirsizliklə gözlənilir.

Bunu "Report" a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Departamentinin direktoru Tahir Baxşıyev deyib.

Mütəxəssis cari mövsüm Avropa arenasında "Sabah", "LANDAU Lions", "Neftçi" və "Gəncə" kollektivlərinin çıxışına toxunub:

"Hamımız bu məsələdə səbirsizlənirik. İstəyirik ki, basketbol komandalarımız Avropada tez qələbə qazansınlar. Lakin nəzərə almaq lazımdır ki, biz avrokuboklarda yeni sayılırıq. Basketbolda belə bir termin var: oyunun üçüncü periodunda qalib gələn tərəf qarşılaşmada qələbə qazanır. Gördüyünüz kimi 3 klubumuz üçüncü periodu məğlub başa vurdu. Təkcə "Gəncə" istisna olmaqla. "Gəncə"nin son onlarda gücü çatmadı. Bütün bunların da yeganə səbəbi təcrübədir. Düşünürəm ki, komandalarımız fiziki cəhətdən öz üzərilərində işləsələr, bu cür problemlər azalar. Çünki bütün görüşlərdə sonuncu periodlar hər zaman çətin olur".

O, gələcəkdə Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.

Xatırladaq edək ki, "Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün II turunda "Trabzonspor"a (Türkiyə) 83:100 hesabı ilə uduzub. FIBA Avropa Kubokunda isə "LANDAU Lions" Slovakiyanın "Prievidza" klubuna 84:108, "Neftçi" Latviyanın VEF kollektivinə 94:110, "Gəncə" isə Yunanıstan təmsilçisi "Kolossos"a 62:80 hesabı ilə məğlub olub.

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано --> --> --> --> --> USD - 1.700 EUR - 1.907 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 25° C Son xəbərlər 18:19 Video Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Xarici siyasət 18:10 Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub Xarici siyasət 17:58 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Region 17:57 Parisdə tələbə etirazları başlayandan bəri 1 200-dən çox adam həbs edilib Digər ölkələr 17:47 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib ASK 17:40 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb Daxili siyasət 17:40 "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi" yenilənib Maliyyə 17:37 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Energetika 17:35 "Xalq Bank"ın xalis mənfəəti 2 dəfə azalıb Maliyyə Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə