İdman24
Digər · APA Sport

Kin "Komo"nun hədəfində: 40 MİLYON AVRO

İtaliyanın “Komo” klubu heyətini Moyze Kinlə gücləndirməyə yaxındır.

Apasport.az xəbər verir ki, “Fiorentina”nın hücumçusu ilə şəxsi müqavilənin şərtləri barədə razılığa gəlinib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Sesk Fabreqasın rəhbərlik etdiyi komanda italiyalı forvardı əsas transfer hədəfi hesab edir. Tərəflər hazırda keçidin yekunlaşdırılması üçün danışıqları davam etdirirlər.

“Komo” Kinin transferi üçün “Fiorentina”ya 40 milyon avro ödəməyə hazırdır. Müqavilədə daha 5 milyon avro bonusun nəzərdə tutulması gözlənilir.

Qeyd edək ki, Moyze Kin 2024-cü ilin yayından “Fiorentina”da çıxış edir.

Orijinal mənbə

İdman24 əsas səhifə