İdman24
Futbol · APA Sport

"Liverpul"da yeni müqavilə - RƏSMİ

Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”la müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2031-ci ilin yayına qədərdir.

Soboslai yeni müqavilədən sonra sevincini gizlətməyib:

“Bu, futbol karyeramın ən vacib günlərindən biridir. “Liverpul”a ilk imza atdığım gün və övladımın dünyaya gəldiyi günlə birlikdə ilk üçlükdə yer alır. Burada olduğum üçün çox xoşbəxtəm və yenidən meydanda olmaq üçün səbirsizlənirəm.”

26 yaşlı futbolçu hədəflərinin dəyişmədiyini də vurğulayıb:

“Həmişə daha artığını istəyirəm. Özümdən razı qalsam da, daha yaxşı ola biləcəyimə inanıram. “Liverpul”a gələndə demişdim ki, mümkün olan bütün titulları qazanmaq istəyirəm. Bu fikir dəyişməyib. Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla hər şeyi qazanmaq istəyirəm.”

Soboslai ötən mövsüm bütün turnirlərdə 53 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib və “Liverpul”da 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Orijinal mənbə

İdman24 əsas səhifə