İdman24
Digər · APA Sport

Kanada tarix yazdı - İlk dəfə qrupdan çıxdı

Kanada millisi dünya çempionatları tarixində ilkə imza atıb.

Apasport.az xəbər verir ki, Şimali Amerika təmsilçisi DÇ-2026-da qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanıb.

Kanada B qrupunda Bosniya və Herseqovina ilə 1:1 heç-heçə edib, Qətəri 6:0 hesabı ilə məğlub edib, İsveçrəyə isə 1:2 uduzub. 3 oyundan sonra 4 xal toplayan kanadalılar tarixlərində ilk dəfə mundialın 1/16 final mərhələsində iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, Kanada daha əvvəl 1986 və 2022-ci illərdə dünya çempionatlarında çıxış etsə də, hər iki turnirdə qrup mərhələsini keçə bilməmişdi.

Orijinal mənbə

İdman24 əsas səhifə