İdman24
Digər · APA Sport

Azərbaycan Kuboku: II Liqa klubları üz-üzə - YENİLƏNİR

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027 mövsümünə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

“Qaradağ Lökbatan” “Şəki” ilə qarşılaşacaq.

“Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək.

Azərbaycan Kuboku I təsnifat mərhələsi

14:30. “Qaradağ Lökbatan” - ”Şəki” Hakimlər: Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Törə Əhmədova. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:30. “Şəmkir” - “Ağstafa Gəncləri” Hakimlər: Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, birinci təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə