Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim"

İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 24° C USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Formula 1 Azərbaycan Qran-Prisi 2026 ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Məmmədəli Mehdiyev: "Dünya çempionatına yalnız qızıl medal üçün getmişdim" Fərdi 21 sentyabr, 2026 13:08 Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Məmmədəli Mehdiyevin (100 kq) əsas məqsədi fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq olub.
İdmançı bunu "Report" a açıqlamasında deyib.
"Bu turnirə gələndə ancaq qızıl medal haqqında düşünürdüm, başqa fikir ola da bilməzdi. Düzünü desəm, görüşlərin bu qədər çətin keçəcəyini gözləmirdim. Xüsusilə ikinci qarşılaşmada gürcüstanlı cüdoçu ilə gərgin mübarizə alındı. Lakin yarışa yaxşı hazırlaşmışdım və məğlubiyyət haqqında düşünmürdüm. Hədəf nə idisə, ona da çatdıq", - cüdoçu bildirib.
O, gələcək planlarından da söz açıb:
"Noyabrda keçiriləcək Avropa çempionatına qatılmağı planlaşdırırdım. Lakin Daxili İşlər Nazirliyi 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qurumlararası yarış təşkil edəcək. Bu səbəbdən həmin turnirdə çıxış etməyi seçdim və qitə çempionatından imtina etdim".
Qeyd edək ki, Məmmədəli Mehdiyev yarışın ilk günündə M1 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.951 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 14:07 Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb Energetika 14:03 İrlandiya "Google"u 403 milyon avro cərimələyib Digər ölkələr 13:49 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Digər 13:45 "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar Futbol 13:32 Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb Fərdi 13:24 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib İnfrastruktur 13:21 Foto Video Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Hərbi 13:18 Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb Hadisə 13:16 "Tottenhem" heyətini 2 yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.