Digər · APA Sport
Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu

“Atletiko Madrid”in futbolçusu Markos Lyorente İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Lyorente bu qərarın şəxsi olduğunu bildirib:
“Bilirəm ki, hələ kifayət qədər gəncəm və yaxşı çıxış etsəydim, bu formada daha bir neçə il oynaya bilərdim. Amma bu, şəxsi qərardır, yaxşı düşünülüb və hər şeydən əvvəl ürəkdən qəbul olunub”.
Lyorente həmçinin milli komandada keçirdiyi illərə görə təşəkkür edib və ölkəsini təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
Qeyd edək ki, Markos Lyorente İspaniya millisinin heyətində 27 oyun keçirib və 2026-cı ildə dünya çempionu olub.