İdman24
Futbol · APA Sport

Messi və Ronaldo eyni komandada OYNAYACAQ

Lionel Messi və Kriştiano Ronaldo futbol tarixində ilk dəfə eyni komandanın formasını geyinəcək.

Apasport.az xəbər verir ki, iki dünya ulduzu xüsusi xarakter daşıyan yoldaşlıq matçında eyni heyətdə meydana çıxacaq.

Qarşılaşmanın futbol tarixinin ən böyük ulduzlarını bir araya gətirən nümayiş oyunu kimi təşkil olunacağı bildirilir.

Uzun illər “Barselona” - “Real Madrid” rəqabətinin simvolları olan Messi və Ronaldo karyeraları boyunca bir-birinə qarşı dəfələrlə çıxış etsələr də, indiyədək eyni klubda və ya milli komandada oynamayıblar.

Bu görüş onların eyni komandanın heyətində ilk dəfə birlikdə meydana çıxması ilə yadda qalacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə