Futbol · APA Sport
“Tottenhem”dən transfer: Portuqaliyalı futbolçu London klubunda

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu “Vest Hem”dən Mateuş Fernandeşi transfer edib.
İngiltərə təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalandığını açıqlayıb.
“Sportinq” akademiyasının yetirməsi olan Fernandeş 2025-ci ilin avqustunda “Vest Hem”ə keçmişdi. O, ötən mövsüm Premyer Liqada 36 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Mateuş Fernandeş bu ilin aprelində ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə əsas millidə debüt edib.