İdman24
Digər · APA Sport

“Real”ın ulduzu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib

Madrid “Real”ının hücumçusu Vinisius Junior karyerasını Avropada davam etdirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçilərindən birinin fantastik maliyyə təklifini qəbul etməyib.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Bildirilir ki, Vinisius əsas hədəfinin “Real”la yeni müqavilə imzalamaq və uzun illər Madrid klubunun formasını geyinmək olduğunu rəhbərliyə çatdırıb. Tərəflər arasında danışıqların müsbət istiqamətdə davam etdiyi vurğulanır.

25 yaşlı hücumçunun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyi isə onu komandanın gələcək layihəsinin əsas simalarından biri hesab edir.

Orijinal mənbə

İdman24 əsas səhifə