İdman24
Futbol · Report İdman

Azərbaycanda Anım Günüdür

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycanda Anım Günüdür Qarabağ 27 sentyabr, 2026 00:00 Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür.

"Report" xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.

Noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bundan sonra Ermənistan məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 10-da "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı" imzalandı.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən illərdə olduğu kimi, bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:

Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Sosial şəbəkələrdə paylaşın Скопировано В Азербайджане отмечают День памяти Azerbaijan observes Remembrance Day USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 00:27 Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var Hadisə 00:11 Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb Hadisə 00:00 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Daxili siyasət 00:00 Azərbaycanda Anım Günüdür Qarabağ 23:57 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Xarici siyasət 23:50 Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib Region 23:39 Tovuzda iki gənc qızı avtomobil vurub Hadisə 23:27 Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb Digər ölkələr 23:14 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə