İdman24
Döyüş İdmanı · Report İdman

Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi Bakı 22° C USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) Formula 1 üzrə Azərbaycan Qran-prisi ABŞ-nin İrana zərbələri Azərbaycanla Ermənistan arasında sülh prosesi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub Biznes 25 sentyabr, 2026 20:11 Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində "Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda sessiya təşkil olunub.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji inkişafın təmin edilməsində rolu, etibarlı təchizat zəncirlərinin formalaşdırılması və investisiya imkanları müzakirə olunub.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov sessiyada mövzu ilə bağlı fikirlərini bildirib.

Sessiyada "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, İtaliyanın "Technip Energies" şirkətinin baş kommersiya direktoru Marko Villa, Qazaxıstanın "Green Spark" şirkətinin baş icraçı direktoru Marko Kastaqnini, Türkiyənin "Limak Holding" şirkətinin nümayəndəsi Birol Ergüven və "Kazakhstan Insulator Plant"ın kommersiya xidmətinin rəhbəri Tatyana Rıbalko iştirak ediblər.

Sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji suverenliyin təmin edilməsində rolu, təmiz enerji, qabaqcıl istehsal və rəqəmsal infrastruktur üçün etibarlı təchizat zəncirlərinin formalaşdırılması məsələləri nəzərdən keçirilib.

Müzakirələrdə Azərbaycanın və regionun strateji faydalı qazıntıların hasilatı, emalı və əlavə dəyər yaradan fəaliyyətlərin inkişafındakı potensialı diqqətə çatdırılıb. Kritik xammal resurslarının hasilatı, sənaye tərəfdaşlıqları və investisiya modellərinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Gülər Seymurqızı Sosial şəbəkələrdə paylaşın Скопировано Foto На AIIF 2026 обсудили роль критически важных сырьевых ресурсов в глобальной экономической безопасности USD - 1.700 EUR - 1.933 TRY - 0.035 GEL - 0.651 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 20:57 Konqoda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb Digər ölkələr 20:54 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib İKT 20:51 Azərbaycan və Zimbabve arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb Xarici siyasət 20:35 Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb Digər ölkələr 20:30 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib Xarici siyasət 20:14 İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb Biznes 20:11 Foto Kritik xammal resurslarının iqtisadi təhlükəsizlikdə rolu müzakirə olunub Biznes 20:08 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi Çexiyanı məğlub edib Fərdi 20:07 Ceyhun Bayramov: İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması üçün həyati əhəmiyyət daşıyır Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə