Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq"

İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 Bakı 11° C USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Avropa Siyasi Birliyinin Sammiti COP31 AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq" Futbol 14 noyabr, 2026 05:55 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunundan sonra mətbuat konfransında iştirak edib.
"Report" xəbər verir ki, A. Abbasov rəqibin ilk oyunda Azərbaycan millisindən xal aldığına diqqət yetirib və bütün bunların nəzərə alındığını qabardıb.
"Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq", - o deyib və əlavə edib ki, erkən qol vurulub, ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil edilib, qapı dirəyinə tuş gələn zərbələr olub.
Lakin futbolçularda qələbə qazanmaq istəyi və tələskənlik bir qədər çox idi:
"Bu da hücumlarımızı daha rahat şəkildə sonlandırmağımıza mane olurdu.
Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm.
Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir".
Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyun unu keçirib. Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. 26-cı dəqiqədə Mahir Emreli fərqlənib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Айхан Аббасов: Мы выполнили свою задачу и заняли первое место в группе --> --> --> --> --> USD - 1.700 EUR - 1.881 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.037 Bakı 11° C Son xəbərlər 05:55 Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq" Futbol 05:47 ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib - Yenilənib-2 Digər ölkələr 05:31 WSJ: ABŞ qızılcanın kökünü kəsmiş ölkə statusundan məhrum edilib Sağlamlıq 05:02 Argentinada qaz kəmərindəki partlayış zamanı bir nəfər ölüb, 30-dan çox insan xəsarət alıb - Yenilənib Digər ölkələr 04:35 "Reuters": Tramp APEC çərçivəsində Si Cinpin və Putinlə görüşəcək Digər ölkələr 03:44 Nyu-Orleanda gəmi qəzasından sonra 32 nəfər xəstəxanaya yerləşdirilib - Yenilənib Digər ölkələr 03:29 Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var Hadisə 03:21 Video "SpaceX" şirkəti "Starship" gəmisi ilə daşıyıcı raketi buraxıb Digər ölkələr 02:17 SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.