"Araz-Naxçıvan"ın prezidenti Mahmud Sadıqov: "Rəqiblərimizin bizdən güclü olduğunu bilirdik"

İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol Bakı 19° C USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətləri Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika "Araz-Naxçıvan"ın prezidenti Mahmud Sadıqov: "Rəqiblərimizin bizdən güclü olduğunu bilirdik" Futbol 02 noyabr, 2026 14:30 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasına heyətin təcrübəsizliyi və rəqiblərin üstünlüyü səbəb olub.
Bunu "Report" a açıqlamasında Naxçıvan təmsilçisinin prezidenti Mahmud Sadıqov deyib.
Klub rəhbəri komandanın yalnız yerli oyunçulardan təşkil olunduğunu bildirib:
"Yarışa yola düşərkən rəqiblərimizin bizdən güclü olduğunu bilirdik. Heyətimizdə ciddi dəyişikliklər edilib və yalnız yerli futbolçulardan ibarət komandamız var. İki məşqdən sonra çıxdığımız ilk matçda qalib gəlsək də, digər görüşlərdə həm gücümüz çatmadı, həm də beynəlxalq təcrübəsi olmayan oyunçularımızın təcrübəsizliyi sözünü dedi. Rəqiblərimiz həqiqətən ciddi və güclü idi".
O, futbolçuların nümayiş etdirdiyi mübarizədən razı qaldığını vurğulayıb:
"Buna baxmayaraq, oyunçuların nümayiş etdirdiyi əzmkarlıqdan məmnun qaldım. Hər üç matçda sonadək mübarizə apardılar. Çətinliklə qol vurduğumuz halda, təcrübəsizlikdən rəqibə hədiyyə etdiyimiz asan qollar buraxdıq. İnanıram ki, bu komanda Azərbaycan çempionatında daha yaxşı çıxış edəcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda Macarıstanın "Uypeşt" klubuna 5:4 hesabı ilə qalib gəlsə də, Bosniya və Herseqovinanın "Buba Mara" (3:5) və Polşanın "Piast" (0:5) kollektivlərinə uduzaraq qrupu 3 xalla başa vurub və mübarizəni dayandırıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.900 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 15:34 "Sea Breeze" yeni şirkət yaradıb Biznes 15:31 Araşdırma: Özbəkistanda "Telegram" əsas xəbər mənbəyidir, televiziya isə etimad baxımından liderdir Digər ölkələr 15:30 Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək Fərdi 15:27 Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq" Maliyyə 15:25 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Hadisə 15:20 Kiprdə təhsil işçiləri müddətsiz tətil elan ediblər Digər ölkələr 15:09 Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb Digər ölkələr 15:08 Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir Elm və təhsil 15:07 "Liverpul" sol cinah müdafiəçisinin transferini nəzərdən keçirir Futbol Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.