İdman24
Voleybol · APA Sport

AVRO-2026: Millimiz 1/8-də Türkiyə sınağında - YENİLƏNİR

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq.

İstanbuldakı “Sinan Erdem” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb. Qeyd edək ki, Türkiyə millisi A qrupunu 13 xalla ikinci pillədə başa vurub. Daniele Santarellinin komandası Latviya (3:0), Sloveniya (3:1), Macarıstan (3:0) və Almaniyaya (3:1) qalib gəlib, yalnız Polşaya 2:3 hesabı ilə uduzub.

Orijinal mənbə

İdman24 əsas səhifə