Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası Bakı 19° C USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol FIFA U-15 Dünya Çempionatı və Festivalı UEFA Konfrans Liqası AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək Futbol 22 oktyabr, 2026 22:08 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci ildə ABŞ-də təşkil olunacaq.
"Report" xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Turnir 2028-ci il yanvarın 5-dən 30-dək keçiriləcək.
FIFA qərarın ABŞ-nin beynəlxalq yarışların təşkili sahəsində təcrübəsi, inkişaf etmiş infrastrukturu və ölkədə qadın futboluna maraq nəzərə alınaraq qəbul edildiyini bildirib.
Turnirdə iştirak edəcək klublar dördillik təsnifat dövründə, yəni 2024 və 2027-ci illərdə başa çatan mövsümlər ərzində öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələrə əsasən müəyyənləşdiriləcək.
Qeyd edək ki, Avropanı turnirin final mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa klubu isə final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsində mübarizə aparacaq. Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), eləcə də Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) hər birinə iki birbaşa və bir pley-in vəsiqəsi ayrılacaq. Okeaniya Futbol Konfederasiyası (OFC) isə bir pley-in vəsiqəsi qazanacaq.
Pley-in mərhələsinin üç qalibi qrup mərhələsində mübarizə aparacaq 13 komandaya qoşulacaq.
FIFA qadın klubları arasında dünya çempionatının dörd ildən bir keçirilməsini nəzərdə tutur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано Первый женский клубный чемпионат мира по футболу пройдет в США --> --> --> --> --> USD - 1.700 EUR - 1.910 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.038 Bakı 19° C Son xəbərlər 00:04 Kobaxidze Mərkəzi Asiyanın dörd ölkəsinin XİN rəhbərlərini qəbul edib Region 23:48 WSJ: Tramp Maska Ukraynada "Starlink" məhdudiyyətlərini aradan qaldırmağı tapşırıb Digər ölkələr 23:39 Foto Araz çayında balıqların sayı artıb Ekologiya 23:21 Putin: Rusiya və Ukrayna razılığa gələ bilər Region 23:12 Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib Xarici siyasət 23:09 Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir Region 22:57 Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb Hadisə 22:55 Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır Xarici siyasət 22:37 Foto Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.