Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib

İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri Bakı 24° C USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Milli Musiqi Günü Azərbaycanla Ermənistan arasında sülh prosesi ABŞ-nin İrana zərbələri AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib Fərdi 18 sentyabr, 2026 17:53 Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib.
Bu barədə "Report" a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüşdən öncə nazir Azərbaycan İdman Akademiyasında fəaliyyətə başlamış "AzerFit" layihəsinin icrası ilə maraqlanıb.
Bildirilib ki, layihə çərçivəsində son 6 ay ərzində akademiyada işçi və səyyar qruplar yaradılıb, müvafiq təlimlər keçirilib, xüsusi ayrılmış otaq zəruri avadanlıqlarla təchiz edilib. Layihənin pilot mərhələsində Uşaq-Gənclər İdman Məktəblərindən 9-15 yaşlı 488 şagird seçilib.
İştirakçılar "AzerFit" çərçivəsində hesablanan göstərici və 10 fiziki test üzrə qiymətləndirilib. Testlər uşaqların əsas fiziki qabiliyyətlərinin, o cümlədən güc, dözümlülük, elastiklik, çeviklik və koordinasiya göstəricilərinin müəyyənləşdirilməsinə imkan verir. Nazir layihənin daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir iştirakçıları salamlayaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra gündəliyə əsasən, legionerlərlə bağlı məsələlər, "AzerFit" layihəsinin icrası, "Safeguarding", UGİM-lərin yeni fəaliyyət modeli və "İdman veteranları" ictimai birliyinin fəaliyyəti müzakirə olunub. Həmçinin Mərkəzləşdirilmiş Reyestr Sistemi, federasiyaların beynəlxalq qurumlarla əlaqələri, idman yarışlarının canlı yayımı, "Yarışların keçirilmə qaydaları"nın hazırlanması və təsdiqi prosesinin rəqəmsallaşdırılması, "İdman səfirləri" və "SportExpo" barədə təqdimatlar edilib.
Tədbirdə həmçinin federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.953 TRY - 0.035 GEL - 0.652 RUB - 0.020 UAH - 0.038 Bakı 24° C Son xəbərlər 18:51 Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır Digər ölkələr 18:46 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar Fərdi 18:45 Foto Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib Mədəniyyət siyasəti 18:39 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Din 18:36 Cəlilabadda suyun verilişi bərpa olunub Hadisə 18:29 Almaniya Futbol İttifaqının prezidenti İnfantinonun vəzifədən ayrılmalı olduğunu bildirib Futbol 18:14 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Digər ölkələr 18:04 Türkiyə İranın "Mahan Air" şirkətinin uçuşlarını dayandıracaq Region 18:02 Foto Azərbaycan FAO-nun regionlararası siyasət dialoqunda təmsil olunub ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.