Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir

Niderland millisinin hücumçusu Memfis Depay Türkiyə klubundan təklif alıb.
Apasport.az xəbər verir ki, Super Liqanın debütantı "Çorum FK" 31 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
Mənbənin məlumatına görə, "Çorum FK"nın təklifi Depayın nümayəndələrinə çatdırılıb.
Futbolçu tərəfi isə hələlik bu təklifə nə müsbət, nə də mənfi cavab verib. Cavab verildikdən sonra tərəflər arasında rəsmi danışıqların başlanacağı gözlənilir.
Hazırda Braziliyanın "Korintians" klubunda çıxış edən təcrübəli hücumçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, Memfis Depay karyerası ərzində PSV, "Mançester Yunayted", "Lion", "Barselona", "Atletiko" (Madrid) və "Korintians"ın formasını geyinib.
O, Niderland millisinin tarixində ən çox qol vuran futbolçudur. Depay yığmanın heyətində keçirdiyi 108 oyunda 55 qola imza atıb.