Digər · APA Sport
Dambrauskas: “Taktiki cəhətdən komandamdan razıyam”

“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə “KuPS”u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
"Sabah" ailəsini təbrik edirəm. Bir çox qol fürsətlərimiz oldu. Lakin yararlana bilmədik. Taktiki cəhətdən komandamdan razıyam. Əfsuslar olsun ki, epizodlardan düzgün şəkildə istifadə edə bilmədik. İnanıram ki, cavab oyununda daha çox qollarla azarkeşlərimizi sevindirəcəyik".