Digər · APA Sport
Aksel Vitse Belçika millisindəki karyerasını başa vurub

Belçika millisinin futbolçusu Aksel Vitse milli komandadakı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu səfər doğru olanı edirəm. Milli karyeramı bitirməyə qərar verdim. Gənc nəsilə yer ayırmağın vaxtıdır. 18 il ərzində milli üçün əlimdən gələni etdiyim üçün qürurluyam”, – deyə Vitse bildirib.
Qeyd edək ki, Aksel Vitse Belçika millisində 2008-ci ildə debüt edib. O, yığmanın heyətində 140 matç keçirib və 12 qol vurub.