İdman24
Digər · APA Sport

Flikdən Xulian Alvares açıqlaması

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko”nun hücumçusu Xulian Alvaresin mümkün transferi barədə danışıb.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu mövzuda konkret fikir bildirməkdən çəkinib:

“Mən bu barədə danışmaq istəmirəm. Məsələ belədir: ya Xulian, ya da yeni hücumçu olmadan davam edəcəyik. Klubdakı vəziyyəti bilirəm. Çox yaxşı transferlər həyata keçirilib. Klub gələcəyi düşünməlidir. Mən isə məşqçi kimi daha çox şey istəyirəm.

Komandama tam güvənirəm. Futbolçularımızın səviyyəsi çox yüksəkdir. Deku əla iş görür. Klub üçün nəyin daha yaxşı olacağı barəsində onunla birlikdə çalışırıq. Komandada sabitlik istəyirik”.

Qeyd edək ki, Alvaresin “Barselona”ya keçidi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir. Argentinalı hücumçunun yayda Kataloniya klubuna keçmək variantını nəzərdən keçirdiyi, “Atletiko” rəhbərliyinin isə futbolçunu buraxmaq istəmədiyi bildirilir. Alvares La Liqanın ilk turunda “Vilyarreal”la 2:2 hesablı heç-heçə etdikləri oyunda azarkeşlərin fitə basması ilə də üzləşib. O, qarşılaşmanın ikinci hissəsində meydana çıxıb.

Orijinal mənbə

İdman24 əsas səhifə