İdman24
Futbol · APA Sport

PSJ Çempionlar Liqasının tarixinə düşdü – İlk 4 oyunda 20 qol!

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Paris təmsilçisi turnirin Liqa mərhələsində keçirdiyi ilk 4 oyunda rəqib qapılarından 20 top keçirib.

Fransa nəhəngi bununla da Çempionlar Liqasının tarixində ilk 4 qarşılaşmada ən çox qol vuran komanda olub.

PSJ ilk turda “Slovan Bratislava”nı 6:1, ikinci turda “Mançester Siti”ni 4:2, üçüncü turda “Barselona”nı 4:2, dördüncü turda isə “Vilyarreal”ı 6:0 hesabı ilə məğlub edib.

Konanda keçirdiyi 4 oyunun hamısında qələbə qazanaraq 12 xal toplayıb və turnir cədvəlində liderliyini davam etdirir.

Qeyd edək ki, parislilər Çempionlar Liqasının Liqa mərhələsinin V turunda noyabrın 25-də doğma meydanda İtaliyanın “Roma” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə