İdman24
Futbol · APA Sport

Daha bir əfsanədən vida: RONALDO AÇIQLADI

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın karyerasında son dünya çempionatı olacağını açıqlayıb.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu bunu İspaniya ilə 1/8 final oyunu öncəsi mətbuat konfransında deyib.

“Bu, mənim son dünya çempionatım olacaq. Amma ümid edirəm ki, sabah dünya çempionatında son oyunum olmayacaq”, - deyə Ronaldo bildirib.

Təcrübəli futbolçu futboldan vicdanı rahat ayrılacağını vurğulayıb. O, karyerası ərzində futbol üçün əlindən gələni etdiyini və hələ də oyuna sevgisinə görə meydanda olduğunu söyləyib.

Orijinal mənbə

İdman24 əsas səhifə