“Turan Tovuz” DÇ-dən qazanc götürəcək – Məbləğ açıqlandı

2026-cı il dünya çempionatına futbolçu göndərən klubların FIFA-dan əldə etdiyi gəlirlər açıqlanıb.
Apasport.az xəbər verir ki, 50 komandadan ibarət əsas siyahıya İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.
Premyer Liqa təmsilçisi FIFA-dan 4,4 milyon dollar gəlir əldə edib.
İlk üçlükdə İspaniyanın "Barselona" (3,9 milyon dollar) və Almaniyanın "Bavariya" (3,4 milyon dollar) klubları da yer alıb.
Türkiyədən isə "Qalatasaray" 2 milyon dollarla 19-cu, "Fənərbaxça" isə 1,9 milyon dollarla 21-ci pillədə qərarlaşıb.
1. "Mançester Siti" – 4,4 milyon dollar 2. "Barselona" – 3,9 milyon dollar 3. "Bavariya" – 3,4 milyon dollar 4. "Arsenal" – 3,3 milyon dollar 5. PSJ – 3,2 milyon dollar 6. "Atletiko" – 3,2 milyon dollar 7. "Kristal Pelas" – 2,7 milyon dollar 8. "Mançester Yunayted" – 2,6 milyon dollar 9. "Real" – 2,6 milyon dollar 10. "Milan" – 2,4 milyon dollar
Azərbaycanı "50-lik" siyahıda təmsil edən klub olmasa da, Panama millisinin heyətində dünya çempionatında çıxış edən Roderik Millerə görə "Turan Tovuz" da FIFA-nın Klublara Faydalanma Proqramı çərçivəsində kompensasiya alacaq.
Tovuz təmsilçisinin FİFA-dan 150-200 min ABŞ dolları həcmində gəlir əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, FIFA dünya çempionatında iştirak edən futbolçuların milli komandaların sərəncamında olduqları müddətə görə onların klublarına kompensasiya ödəyir.