İdman24
Futbol · APA Sport

Bir dövrün sonu: Ronaldo üçün son dünya çempionatı

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo dünya çempionatları tarixində son oyununu keçirib.

Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatıb.

Ronaldo oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu bildirmişdi.

Ulduz futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib. O, mundiallarda 6 müxtəlif turnirdə meydana çıxan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək , Ronaldo Portuqaliya millisinin heyətində indiyədək 226 oyun keçirib, 142 qol vurub. O həmçinin Portuqaliya tarixinin ən çox oyun keçirən, ən çox qol vuran futbolçusudur.

Orijinal mənbə

İdman24 əsas səhifə