İdman24
Döyüş İdmanı · APA Sport

Boksçularımızdan Avropa çempionatında daha bir medal

Boks üzrə Azərbaycan millisi Budvada U-17 Avropa çempionatında daha bir medal qazanıb.

Apasport.az xəbər verir ki, komandamızın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.

Finalda Ada Eybey (Türkiyə) qalib gəldiyindən Abbasova gümüş medala yiyələnib.

Bununla da yığmamızın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.

Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.

Orijinal mənbə

İdman24 əsas səhifə