İdman24
Futbol · APA Sport

Yuri Maksimov: “Futbolçularımın gücü çatmadı”

"Araz-Naxçıvan" Misli Premyer Liqasında X turunda Şamaxı şəhər stadionunda "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar. Deyərdim ki, gücləri çatmadı. 3 xal qazansaydıq, təbii ki, yaxşı olardı. Növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik".

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz? - Düşünürəm ki, 2 xal itirməsəydik, yaxşı olardı.

- Futbolçularınız epizodları qaçırırdı. Məsuliyyət çatmır? - Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Yuxarı pillələrdə olsaydıq, daha yaxşı oyun göstərə bilərdik.

Orijinal mənbə

İdman24 əsas səhifə