İdman24
Digər · APA Sport

Yuri Maksimov: “Hər oyuna qələbə üçün çıxırıq”

Misli Premyer Liqasının XI turunda "Şəfa" "Araz-Naxçıvan"ı qəbul edib - 2:2.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Yuri Maksimovun mətbuat konfransı keçirilib.

"Dəyişkən oyun oldu. Zədəli futbolçularımız var idi. Qələbə qazana bilməsək də, oyundan razı qaldım. Öz səhvlərimizdən sadə qollar buraxırıq. Dəyişiklik etmək üçün az futbolçumuz var idi. Çempionatda iki həftəlik fasilə olacaq. Zədəli futbolçular fasilədə bərpa olunub komandaya qoşulacaqlar. Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Ukraynada da hazırda müharibə gedir. Ona görə də bu vəziyyəti başa düşürük".

- Komanda ilk dövrəni qələbəsiz başa vurdu. İki həftəlik fasilədə nələri dəyişməyi planlaşdırırsız?

- Dediyim kimi zədəli oyunçularımız var. "Zirə" ilə matçda da üç futbolçumuz zədələndi. İki həftəlik fasilədə onlar qayıdacaqlar. Yenə də məşqlərimizi davam etdirəcəyik.

- Növbəti turda lider "Neftçi"yə qarşı oynayacaqsız. Futbolçuları matça kökləmək çətin olmayacaq?

- Sonuncu yerdə olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq.

- Fasilədə yoxlama oyunu keçirməyi planlaşdırırsız?

- Vacib olan zədəli futbolçuların komandaya qayıtmasıdır. Onlar bizim vacib oyunçularımızdır.

Orijinal mənbə

İdman24 əsas səhifə