İdman24
Digər · APA Sport

Vüsal İsgəndərlinin komandası liderliyə yüksəldi – Səfərdə 3 cavabsız qol

Kosovo Superliqasında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” səfərdə “Feronikeli”nin qonağı olub.

Qarşılaşma “Malişeva”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaq komandanın heyətində K.Uka 11-ci və 56-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 24-cü dəqiqədə L.Xilani vurub.

Vüsal İsgəndərli matça start heyətində başlayıb.

Bu nəticədən sonra “Malişeva” xalını 7-yə çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib.

29 avqust “Feronikeli” – “Malişeva” – 0:3 Qollar: K.Uka, 11, 56; L.Xilani, 24.

Orijinal mənbə

İdman24 əsas səhifə