İdman24
Futbol · Report İdman

Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi Bakı 16° C USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər" Futbol 19 noyabr, 2026 17:24 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Xankəndi şəhər stadionunda UEFA turnirlərinin oyunları da keçirilə bilər.

"Report" un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.

O, I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" matçı zamanı fikirlərini bölüşüb:

"Xatırlayırsınızsa, Xankəndi azad edildikdən sonra, 2023-cü il dekabrın 21-də şəhər stadionunda ilk oyun keçirildi. Bu, Azərbaycan Kubokunda "Qarabağ" və MOİK komandaları arasında baş tutan qarşılaşma idi. Daha sonra, ölkə başçısının tapşırığına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu. Bu gün isə biz yenidən ilk oyundayıq. "Xankəndi" komandası debüt matçını doğma arenada keçirir. Təbii ki, bu, hamımız üçün sevindirici haldır. Çoxsaylı azarkeşlərin burada toplaşması çoxdan gözlədiyimiz bir hadisə idi".

F.Qayıbovun sözlərinə görə, I Liqanın digər təmsilçisi MOİK də ev oyunlarını bu stadionda keçirmək qərarına gəlib:

"Gələn ildən etibarən onlar da burada oynayacaqlar. Bildiyiniz kimi, stadion müvafiq UEFA kateqoriyasını almağa hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Çalışacağıq ki, UEFA-dan həmin kateqoriya alındıqdan sonra AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həm də A milli komandamızın oyunları təşkil olunsun. Həmçinin stadionda UEFA turnirlərinin matçları da keçirilə bilər".

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Kopyalandı Фарид Гайыбов: Стадион в Ханкенди готов к получению категории УЕФА Farid Gayibov: Khankandi stadium ready to obtain UEFA category --> --> --> --> --> USD - 1.700 EUR - 1.864 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 16° C Son xəbərlər 01:45 Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub Digər ölkələr 01:19 Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb Digər ölkələr 00:50 Foto Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib Xarici siyasət 00:35 Foto Video Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var Hadisə 00:26 Tbilisidə partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb, axtarış-xilasetmə başa çatıb Yenilənib-6 Region 00:19 Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm Digər ölkələr 00:05 Qarakənd faciəsindən 35 il ötür Daxili siyasət 00:00 Ağdamın işğaldan azad olunmasından 6 il ötür Daxili siyasət 23:56 Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib Xarici siyasət Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə