Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"

İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi Bakı 12° C USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 AZ RU EN İlham Əliyev Azərbaycan-Vyetnam münasibətləri Ağdam Şəhəri Günü 2027-ci ilin dövlət büdcəsi AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik" Futbol 22 noyabr, 2026 19:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" komandası "Kəpəz"lə oyunda özünü Avropa stadionunda olduğu kimi hiss edib.
"Report" un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda "Kəpəz"lə keçirilən heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis Gəncədəki futbol atmosferini yüksək qiymətləndirərək ev sahibi komandaya təşəkkür edib:
"Gəncədə olan futbol atmosferinə görə ev sahiblərinə təşəkkür edirəm. Özümüzü Avropa stadionunda hiss edirdik. Futbolçularıma da təşəkkür edirəm. Həqiqətən, çox yaxşı çıxış etdilər. "Kəpəz" məğlub olmaq istəmirdi. Komandalar bizə qarşı hər zaman ciddi hazırlaşırlar. Bu, "Qarabağ"ın gücündən xəbər verir. Bu işdə daha yaxşı və məsuliyyətli olmalıyıq. Geriyə addım atmaq olmaz. Daha da güclənəcəyik".
O, Gəncə stadionunda azarkeş mədəniyyətinin olduğunu dilə gətirib: "Bu cür atmosferdə çıxış etmək çox çətin idi. Azarkeşlər çox mədəni görünürdülər. Meydanda heç bir təhqir və nalayiq sözlər eşitmədik. Bu arenada hər zaman azarkeş rekordları qırılıb. Xüsusi ilə "Qarabağ"la matçlarda çox azarkeş toplaşır".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Foto Məhəmməd Ağayev Sosial şəbəkələrdə paylaşın Kopyalandı Гурбан Гурбанов: В Гяндже мы чувствовали себя как на европейском стадионе --> --> --> --> --> USD - 1.700 EUR - 1.867 TRY - 0.034 GEL - 0.656 RUB - 0.021 UAH - 0.038 Bakı 12° C Son xəbərlər 23:32 Foto Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb Mədəniyyət siyasəti 23:22 Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək Digər ölkələr 23:08 Foto Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb Hadisə 23:00 Gürcüstan prezidenti 232 nəfəri əfv edib Region 22:45 Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir Digər ölkələr 22:41 Qazaxda 63 yaşlı kişi Kürdə batıb Hadisə 22:19 İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb Xarici siyasət 22:07 Türkiyə COP31-də kompromisə nail olmaq üçün bütün imkanlardan istifadə edib Region 21:54 ABŞ vətəndaşları elektron sistemlərdə yeni nasazlıqlara hazır olmağa çağırılıb Digər ölkələr Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.