Basketbol · APA Sport
“Sabah”dan yeni transfer - RƏSMİ

"Sabah" basketbol klubu ABŞ-dən olan oyunçu Frenki Fidleri heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 2025-ci ildə isə peşəkar basketbola keçid edən Fidler Latviyanın "Riqas Zelli" komandası ilə Avropada ilk mövsümünü keçirib.