İdman24
Futbol · APA Sport

Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Sergen Yalçınla bəzi futbolçular arasında narazılıq yaranması barədə yayılan iddialara münasibət bildirib.

Apasport.az xəbər verir ki, qurum türkiyəli mütəxəssisin telefon zənglərinə bəzi futbolçuların cavab verməməsi ilə bağlı məlumatları təkzib edib.

TFF-nin rəsmi açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb:

“Milli komandamızın baş məşqçisi Sergen Yalçının bəzi futbolçularla əlaqə saxlamaqda çətinlik çəkdiyinə dair yayılan iddialar tamamilə əsassızdır. Bunlar uydurma və qərəzli fərziyyələrdən ibarətdir.

Baş məşqçi ilə futbolçular arasında belə bir problem yaşanmayıb. Əksinə, bütün futbolçularımız Sergen Yalçın və onun məşqçilər heyəti ilə aparılan görüşlərdən, fikir mübadiləsindən məmnun olduqlarını bildiriblər.

Milli komandamızın birlik və həmrəyliyini hədəf alan, yeni məşqçilər heyəti ilə futbolçular arasındakı münasibətləri zədələməyə yönəlmiş bu cür iddialara etibar edilməməlidir”.

Qeyd edək ki, jurnalist Sercan Hamzaoğlu daha əvvəl Sergen Yalçının bəzi futbolçular haqqında səsləndirdiyi fikirlərin narazılıq yaratdığını iddia edib. Onun məlumatına görə, həmin oyunçular baş məşqçidən incidikləri üçün telefon zənglərinə cavab vermirlər.

Orijinal mənbə

İdman24 əsas səhifə