Digər · APA Sport
Millimiz Cəbəllütariqi məğlub edib - YENİLƏNİB

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda (81–96-cı yerlər uğrunda) Cəbəllütariq yığması ilə qarşılaşıb.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yığmamız AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komandamız qrup mərhələsində Timor-Leste seçməsini 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3, Haitiyə 0:4 hesabı ilə uduzan millimiz C Divizionundakı ilk matçında Çiliyə də 1:3 hesabı ilə məğlub olub.