İdman24
Digər · APA Sport

Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib.

Apasport.az xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15-lər arasında dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır.

Qurum rəhbəri Hövsanda inşa olunan meydançalara baxış keçirib.

Qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən iki aya görülən işlər təəccübləndirib. Təşkilati işlərin gedişindən məmnun qalan qonaq daha bir neçə görüş keçirdikdən sonra səfərini başa vuracaq. Hövsanda İnfantinonu AFFA rəsmiləri müşaiyət edib.

Orijinal mənbə

İdman24 əsas səhifə