İdman24
Digər · APA Sport

“Qalatasaray” Osimhen üçün Nigeriyaya müraciət etdi – Rədd cavabı aldı

“Qalatasaray”ın zədə səbəbindən iki həftədir yaşıl meydanlardan uzaq qalan Viktor Osimhenlə bağlı Nigeriya Futbol Federasiyasına müraciət etdiyi iddia olunub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçunun 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçiriləcək oyunlarda iştirak etməməsini istəyib.

Lakin Nigeriya Futbol Federasiyası “Qalatasaray”ın bu müraciətini rədd edib. Baş məşqçi Erik Şell 26 yaşlı futbolçunu Madaqaskar və Qvineya-Bisau ilə oyunlar üçün 24 nəfərlik heyətə daxil edib.

Nigeriya sentyabrın 25-də Madaqaskarı qəbul edəcək, sentyabrın 29-da isə Qvineya-Bisau ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Osimhen “Başakşehir”lə oyunda sağ qasığından zədələnib. Onun “Trabzonspor”la matçda oynayıb-oynamayacağı hələlik məlum deyil.

Orijinal mənbə

İdman24 əsas səhifə