Digər · APA Sport
Millimiz növbəti dəfə Gürcüstana məğlub olub

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma Gürcüstanla üz-üzə gəlib.
“Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, sentyabrın 7-də bu komandalar arasında baş tutan görüşdə də Gürcüstan millisi qalib gəlmişdi - 1:0.