İdman24
Döyüş İdmanı · APA Sport

İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb

Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

Apasport.az xəbər verir ki, 5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi iki idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Boksçularımız - Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən təmsilçilərimiz görüşü vaxtından əvvəl tam üstünlüklə xeyirlərinə bitiriblər.

Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.

Orijinal mənbə

İdman24 əsas səhifə