Portuqaliya Futbol Federasiyasının nümayəndələri Kriştianu Ronaldu ilə görüşəcəklər

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 20° C USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Portuqaliya Futbol Federasiyasının nümayəndələri Kriştianu Ronaldu ilə görüşəcəklər Futbol 02 oktyabr, 2026 17:16 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə milli komandanın hücumçusu Kriştianu Ronaldu ilə görüşəcəklər.
"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Federasiya rəsmiləri 41 yaşlı futbolçu ilə yığmanın baş məşqçisi Jorji Jezuş arasında münasibətlərin yaxşılaşdırılmasına çalışacaqlar.
Rəhbərlik tərəflər arasında münasibətlərin normallaşacağına və K.Ronaldunun milli komandada çıxışını davam etdirəcəyinə ümid edir.
Qeyd edək ki, Ronaldu UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Danimarka ilə keçirilən oyundan (4:2) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu qərarının səbəblərini gələcəkdə açıqlayacağını bildirib. O, turnirin II turunda Norveçlə qarşılaşmada (2:1) da meydana çıxmayıb.
Portuqaliya millisi Jorji Jezuşun rəhbərliyi altında UEFA Millətlər Liqasında keçirdiyi ilk üç oyunda qələbə qazanıb. Komanda turnirin IV turunda, oktyabrın 4-də Norveçi qəbul edəcək.
Ronaldu karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatına layiq görülüb, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionluğu və 2 dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb. O, milli komandalar tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında ən çox qol vuran futbolçu rekordlarına sahibdir.
K.Ronaldu karyerası ərzində ümumilikdə 979 qol vurub. Onun 146 qolu Portuqaliya millisinin, 833 qolu isə klub karyerasının payına düşür.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Hidayət Qurbanov Sosial şəbəkələrdə paylaşın Скопировано USD - 1.700 EUR - 1.913 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 20° C Son xəbərlər 18:41 Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib İnfrastruktur 18:32 "Gəncəbasar" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəliblər Futbol 18:27 Foto AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib Sağlamlıq 18:22 Argentinaya investisiya yatıran əcnəbilərə vətəndaşlıq veriləcək Digər ölkələr 18:21 İrakli Alasaniya: "Region ölkələri Orta Dəhlizin inkişafı üçün resursları birləşdirməlidir" İnfrastruktur 18:13 ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb Digər ölkələr 18:13 Foto Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib Turizm 18:07 Agentlik: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək Sosial müdafiə 17:58 Overçuk: Ermənistandan dəmir yollarının bərpası ilə bağlı təklifimizə cavab gözləyirik Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.