İdman24
Digər · Report İdman

Anar Bağırov: "Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacağımıza ümid edirik"

İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı Bakı 16° C USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu FIFA U-15 Dünya Çempionatı və Festivalı AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Digər Mədəniyyət Dünya Müsahibə Analitika Anar Bağırov: "Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacağımıza ümid edirik" Fərdi 29 oktyabr, 2026 12:59 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Seneqalda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacaqlarına ümid edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov MOK-un mətbuat xidmətinə müsahibəsində bildirib.

O, idmançıların hazırlıq prosesinin yaxşı keçdiyini vurğulayıb:

"Hazırlıq prosesi ümumilikdə yaxşı keçib. Komandamızın ehtiyac duyduğu məsələlər həll olunub və hazırda əsas diqqət yarışa yollanmağa yönəlib. Artıq idmançılarımıza da oyunlarla bağlı təlimatlar verilib. Heyətimiz sayca kiçik olsa da, komandamızın tərkibində yüksək nəticələr əldə etməyə qadir olan idmançılar var. Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq".

MOK rəsmisi oktyabrın 31-dən noyabrın 13-dək təşkil olunacaq turnirlə bağlı danışıb:

"Ümumilikdə nümayəndə heyətimiz 23 nəfərdən ibarətdir. Heyətə 1 missiya rəhbəri, 13 idmançı, 8 məşqçi və 1 həkim daxildir. İdmançılarımız 8 idman növündə - cüdo, çimərlik güləşi, qılıncoynatma, şosse velosipedi, taekvondo, atletika, üzgüçülük və boks idman növü üzrə yarışlarda mübarizə aparacaqlar. İlk olaraq oktyabrın 27-də həkimimizlə birlikdə yola düşəcəyəm. Məqsədimiz yarışlar başlamazdan əvvəl təşkilati məsələlərlə yerində tanış olmaq və idmançılarımız üçün mümkün qədər əlverişli şərait yaratmaqdır".

O, budəfəki səfər qrafikinin əvvəlkilərdən fərqləndiyini vurğulayıb:

"Hər idman növü üzrə komanda yarışların başlanmasına iki-üç gün qalmış Dakara gedəcək, çıxışını başa vurduqdan sonrakı gün isə Vətənə qayıdacaq. Buna görə nümayəndə heyətimizin üzvləri müxtəlif tarixlərdə Seneqala yollanacaq. İlk olaraq isə cüdo və üzgüçülükdə mübarizə aparacaq idmançılarımız Dakara yola düşəcək".

A.Bağırov təşkilatçılıqla bağlı da danışıb:

"Sonuncu dəfə apreldə missiya rəhbərləri üçün keçirilən seminarda iştirak etmək məqsədilə Dakarda olmuşam. Həmin vaxtdan bəri bir sıra təşkilati məsələlərlə bağlı suallar yaranıb. Buna görə də yarışlar başlamazdan əvvəl yenidən gedərək vəziyyətlə yerində tanış olmaq, mövcud imkanları qiymətləndirmək və idmançılarımız üçün şəraiti daha da yaxşılaşdırmaq istəyirəm. Dakarla bağlı müəyyən çətinliklərin olacağını gözləyirik. Bəzi məsələlərin praktikada necə həll olunacağı hələ tam aydın deyil. Ancaq bizim üçün əsas olan idmançıların yarışlara rahat hazırlaşması, onların ehtiyaclarının təmin edilməsi və çıxışlarına mane ola biləcək problemlərin aradan qaldırılmasıdır".

O bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən komandanın hazırlığı üçün zəruri işlər görülüb:

"İndi əsas məqsədimiz səfəri uğurla təşkil etmək və idmançılarımızın yarışlarda öz potensiallarını nümayiş etdirmələri üçün əlverişli şərait yaratmaqdır".

Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin Müəllif Təbriz Quliyev Sosial şəbəkələrdə paylaşın Kopyalandı --> --> --> --> --> USD - 1.700 EUR - 1.895 TRY - 0.034 GEL - 0.655 RUB - 0.021 UAH - 0.037 Bakı 16° C Son xəbərlər 14:54 Foto Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb Region 14:53 Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır Digər ölkələr 14:48 Foto AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib İnfrastruktur 14:46 Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsindən gedəcəyi tarixi açıqlayıb Digər ölkələr 14:45 Foto Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yeni qaydalar müzakirə edilib Maliyyə 14:45 Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq Digər ölkələr 14:44 Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib Futbol 14:33 İspaniyada qatar maşinistləri tətil keçirirlər Digər ölkələr 14:30 "Azərpambıq" ixrac gəlirlərini 61 %-dən çox artırıb ASK Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Müsahibə Analitika Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Orijinal mənbə

İdman24 əsas səhifə