Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurublar

İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) Bakı 22° C USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026"nın ikinci gününü 7 medalla başa vurublar Fərdi 30 sentyabr, 2026 17:36 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan idmançıları "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin ikinci gününü 7 medalla başa vurublar.
"Report" un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, akademik avarçəkmədə 1500 metr məsafəyə yarışda Azər İlyasov (2008-2009) birinci olub.
500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü (1:54.51) də 1-ci yeri tutub. Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü pillədə qərarlaşıb.
Elmir Tarverdiyev - Mustafa Vəlizadə (2010-2011) cütlüyü isə 1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında gümüş medal əldə edib. 1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli (4:43.54) bürünc medal qazanıb.
Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda isə Məhəmməd Həsənov - İlyas İbrahimov cütlüyü üçüncü yeri tutub. Bu növdə 1000 metr məsafəyə 1 nəfərlik qayıqda isə Əlimurad Hacızadə (2008-2009) çempion olub.
Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanıblar. 200 metr məsafəyə 1 nəfərlik kayak və kanoe yarışlarında Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutublar.
Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin Müəllif Səbuhi Həsənov Sosial şəbəkələrdə paylaşın Скопировано Азербайджанские спортсмены завершили второй день "Мингячевирской регаты-2026" с 7 медалями Azerbaijani athletes win seven medals on day two of Mingachevir Regatta USD - 1.700 EUR - 1.926 TRY - 0.035 GEL - 0.653 RUB - 0.020 UAH - 0.038 Bakı 22° C Son xəbərlər 18:35 Bedri Meriç: "Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümü daha həyəcanlı keçəcək" Komanda 18:25 Foto İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB Daxili siyasət 18:22 Video Prezidentin sosial media hesablarında "ADEX 2026" sərgisi ilə tanışlığına dair videoçarx paylaşılıb Xarici siyasət 18:13 Foto Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb Daxili siyasət 18:10 Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb Xarici siyasət 18:09 Foto "Mingəçevir Reqatası-2026" turnirinin qalibi Əlimurad Hacızadə: "Avarçəkmədə özünəinam vacibdir" Fərdi 18:05 Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ Ekologiya 18:01 Foto Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib Xarici siyasət 17:55 Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib Region Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.