Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub

İlham Əliyev Zəfərə gedən yol Bakı 21° C USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 AZ RU EN İlham Əliyev Zəfərə gedən yol AZ RU EN Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Digər Mədəniyyət Dünya Analitika Multimedia Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub Qarabağ 19 oktyabr, 2026 12:46 Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus Milli Məclisi Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər edib və Ağdam rayonunda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub.
"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
İ.Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti səfir Dmitri Pineviçin müşayiəti ilə Qızıl Kəngərli kəndinə səfər edib, orada tikinti işlərinin gedişatı, müasir yaşayış və aqrar kompleksinin yaradılması planları ilə tanış olub.
Bundan əlavə, Belarus parlamentariləri Ağdam Sənaye Parkına səfər edib, burada "VERTUS" MMC-nin yeni yüksək texnologiyalı istehsal müəssisəsinin tikintisi üçün nəzərdə tutulmuş sahəyə baxış keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Şuşada da olub, burada bərpa işlərinin gedişatı ilə tanış olub və şəhərin tarixi-mədəni abidələrini ziyarət edib.
Belarus nümayəndələri həlak olanların xatirəsini Xankəndidə Zəfər Parkında yad edib, həmçinin Qarabağ Universitetində olub, burada tədris və elmi fəaliyyət şəraiti ilə tanış olublar.
Qeyd edək ki, 2024-cü ilin may ayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərcik tikməyə hazır olduğunu bəyan edib. 2024-cü ilin oktyabrında Azərbaycan və Belarusun Kənd Təsərrüfatı nazirlikləri Ağdam rayonunun Qızıl Kəngərli kəndində "kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üzrə birgə fəaliyyətə dair Yol Xəritəsi" imzalayıblar. Kənddəki aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin Müəllif Kamil Mahmudov Sosial şəbəkələrdə paylaşın Скопировано Foto Глава Палаты представителей парламента Беларуси ознакомился со строительством агрогородка в Агдаме Foto Speaker of House of Representatives of Belarusian Parliament inspects construction of agro-town in Azerbaijan's Agdam --> --> --> --> --> USD - 1.700 EUR - 1.909 TRY - 0.034 GEL - 0.655 RUB - 0.020 UAH - 0.038 Bakı 21° C Son xəbərlər 14:09 Yaponiya səfiri: Azərbaycanın Orta Dəhlizdə əhəmiyyəti artmaqda davam edir Xarici siyasət 14:03 AFFA rəsmisi Seymur Səlimli: "Klubların peşəkar inkişafı və idarəetmə keyfiyyəti əsas hədəfdir" - Müsahibə Fərdi 14:01 İran səfiri Almaniya XİN-ə çağırılıb Digər ölkələr 13:59 Kino Agentliyi: "44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq İncəsənət 13:57 Azərbaycan buğda idxalına çəkdiyi xərci 19 %-ə yaxın artırıb Biznes 13:48 Yunanıstan sahillərində 2 kater batıb, 12 nəfər ölüb - Yenilənib Digər ölkələr 13:40 Günel Bədəlova: "ISMF-nin vitse-prezidenti seçilməyim Azərbaycan üçün yeni imkanlar yaradır" Fərdi 13:35 Bakıda 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti dəyişdirilib İnfrastruktur 13:30 Foto Azərbaycan Taekvondo Federasiyası dan imtahanı keçirib Fərdi Bütün Xəbər Lenti Haqqımızda Bizimlə əlaqə Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.